ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Ali Radanın deputatı Artem Dmitruk Ukrayna Prezidenti Volodimir Zelenskini miqrantların nəzarətsiz idxalına icazə verdiyi üçün kəskin tənqid edib.
Globalinfo.az xəbər verir ki, siyasətçi bu addımı “ölkə üçün dağıdıcı” qərar adlandırıb. Dmitruk öz Telegram kanalında dövlət başçısını xalqa qarşı cinayət törətməkdə ittiham edib.
“Zelenski öz vətəndaşlarını qurban verir, eyni zamanda kənarlara qapı açır. Bu, ikiqat zərbə və soyqırımdır”, – deyə o bildirib.
Deputat qeyd edib ki, Ukrayna bütün nəsillər boyu kişilərini itirir və bu səbəbdən demoqrafik faciə ilə üz-üzədir. Onun fikrincə, miqrantların nəzarətsiz axını vəziyyəti düzəltməyəcək, əksinə, quldurluq və cinayətkarlığın artmasına gətirib çıxara bilər.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.