AZ

OpenAİ Maskın şirkətini geridə qoydu

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

"ChatGPT"ni inkişaf etdirən "OpenAİ" dünyanın ən bahalı özəl şirkəti olub.

Axşam.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Şirkətin dəyəri, əməkdaşlarının 6,6 milyard dollar dəyərindəki səhmləri satması ilə 500 milyard dollara yüksəlib. Səhmləri alan investorlar arasında "Thrive Capital", "SoftBank Group", "Dragoneer Investment Group", "MGX" və "T.Rowe Price" kimi iri şirkətlər yer alır.

Bu razılaşma nəticəsində "OpenAI"nin qiyməti əvvəlki 300 milyard dollardan daha yüksək qiymətləndirilməyə başlanıb.

Bundan əvvəl isə dünyanın ən bahalı özəl şirkəti İlon Maska məxsus "SpaceX" idi.

Qeyd edək ki, "OpenAİ" süni intellekt texnologiyalarını inkişaf etdirən aparıcı şirkətlərdən biridir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
axsam.az

1Mənbələr