AZ

İranda “Qızıl Aypara”ya məxsus helikopter qəzaya uğrayıb - Ölənlər var

BAKI, 3 oktyabr. TELEQRAF

İranın qərbində Luristan vilayətində “Qızıl Aypara” Cəmiyyətinə məxsus helikopter qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, bu barədə vilayətin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Hadisə nəticəsində biri pilot olmaqla iki nəfər həlak olub. Bir xilasedici isə ağır yaralanıb.

Məlumata görə, helikopter 2 800 metr yüksəklikdə, Uşturan-Kuh bölgəsində itkin düşmüş qadının axtarışları zamanı qəzaya uğrayıb.

Seçilən
44
teleqraf.com

1Mənbələr