ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
“Netflix” amerikalı biznesmen İlon Maskın abunəliklərin ləğvi ilə bağlı çağırışından sonra bir gün ərzində 15 milyard dollardan çox bazar dəyəri itirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Qeyd olunur ki, Mask sosial şəbəkədə paylaşdığı açıqlamada platformanın “Dead End: Paranormal Park” adlı animasiyasında müxtəlifcinsli obrazın yer aldığını bildirib.
O, bunu uşaqların psixologiyasına təşviq kimi qiymətləndirərək valideynləri övladlarının sağlamlığı üçün “Netflix”dən imtina etməyə çağırıb.
Qeyd edək ki, “Netflix” sözügedən məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.