AZ

Bölgədə vəziyyət dəyişdi: Polşa bu ölkələrlə sərhədə qoşun yeridir

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Polşa Prezidenti Karol Navrotski Almaniya və Litva ilə sərhəddə qoşunların yerləşdirilməsi barədə fərman imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Bürosu məlumat yayıb.

Məlumata görə, Silahlı Qüvvələrin bölmələri 2025-ci il oktyabrın 5-dən 2026-cı il aprelin 4-dək sərhəd-keçid məntəqələrində asayişi və təhlükəsizliyi təmin edəcək. Qərarın məqsədi sərhəd mühafizəsinə dəstək göstərməkdir.

Bundan əvvəl, oktyabrın 1-də Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış NATO və Varşavanın ölkənin hava məkanını pozan hərbi təyyarələri vurmağa hazır olduğunu bəyan etmişdi. O bildirib ki, qərarlar konkret vəziyyətin təhlilindən sonra komandirlər və pilotlar tərəfindən veriləcək:

“Komandirlər Polşanı müdafiə edəcək qərarlar vermək hüququna malikdirlər”, – nazir qeyd edib.

Kosiniyak-Kamış həmçinin vurğulayıb ki, pilotsuz təyyarələrin vurulmasına icazə olduğu kimi, eyni prinsip hərbi təyyarələr üçün də keçərlidir.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
3
globalinfo.az

4Mənbələr