Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC-nin nümayəndə heyəti İstanbulda “Otokar” şirkətinə rəsmi səfər edib.
MİRAS-dan “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivləri, həmçinin “Otokar” şirkətinin zirehli texnika və hərbi texnologiyalar üzrə qabaqcıl işləmələri müzakirə olunub.
“Bu səfər şirkətimizin beynəlxalq tərəfdaşlıqların möhkəmləndirilməsi və qlobal müdafiə sənayesində aparıcı müəssisələrlə əməkdaşlıq istiqamətində atdığı ardıcıl addımların göstəricisidir”, – deyə MİRAS tərəfindən bildirilib.