ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə münasibətlərin yaxşılaşacağına hələ də ümid edir.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Qrem Fuller bildirib. Onun sözlərinə görə, Tramp xüsusilə Alyaskanın Ankoric şəhərində Rusiya Prezidenti Vladimir Putinlə keçirilmiş görüşün əhəmiyyətini qoruyur.
Fuller TASS-a açıqlamasında deyib:
“Tramp Putinlə Ankoricdəki görüşünün ruhunu tərk etməyib və hələ də Vaşinqtonla Moskva arasında münasibətlərin istiləşməsinə nail olacağına ümid edir”.
Keçmiş kəşfiyyatçı qeyd edib ki, belə bir kurs ABŞ-ın strateji prioritetlərini dəyişdirə və transatlantik əlaqələrin zəifləməsinə səbəb ola bilər.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.