ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Əməkdar artist, “Planet Parni iz Baku” KVN Teatrının sevilən aktyoru Cabir İmanovun dəfn mərasimindən yayılan bir görüntü geniş müzakirələrə səbəb olub.
Globalinfo.az “Bakupost.az”a istinadla xəbər verir ki, ictimai fəal Afiq Əli Cabir İmanovun dəfn mərasimində Əlixan Musayevin iştirakının səbəblərindən bəhs edib.
O iddia edib ki, Cabir İmanov vəhhabi idi və vəhhabi Əlixan Musayev onu Əbu Bəkr məscidindən son mənzilə yola salıb.
O, həmçinin Tahir İmanovun da vəhhabi olduğunu, onun vəhhabilərin məscidinə getdiyini və vəhhabilərin biznesinə dəstək verdiyini əks etdirdiyini iddia etdiyi görüntüləri də paylaşıb.
Maraqlıdır ki, bu paylaşımdan sonra Əlixan Musayev Cabir İmanovla tanış olduğunu, bir çox yerdə görüşdüyünü, hətta Cabir İmanovun onun arxasında namaz qıldığını bildirən video-müraciət yayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.