AZ

25 illik taxtını oğluna verdi

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Lüksemburq hersoqu Anri 25 illik hakimiyyətindən sonra taxtdan imtina edərək hakimiyyəti böyük oğlu, 43 yaşlı 5-ci Qiyoma təhvil verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə  Hersoqlar Sarayında keçirilən rəsmi mərasimdə Anri taxt-tacdan imtina fərmanını imzalayıb.

Daha sonra sənəd ölkənin Baş naziri Lyuk Friden tərəfindən təsdiqlənib.

Yeni hersoq Qiyom Lüksemburq Deputatlar Palatasında and içərək rəsmi şəkildə taxta çıxıb. Mərasimdə ölkənin yüksəkvəzifəli şəxsləri ilə yanaşı, xarici qonaqlar – Belçika kralı Filipp, Niderland kralı Villem-Aleksandr, Avropa Parlamentinin sədri Roberta Metsola və Avropa Şurasının Prezidenti Antonio Koşta da iştirak ediblər.

Məlumata görə, Qiyom Böyük Britaniyanın “Sandherst” Kral Hərbi Akademiyasında hərbi hazırlıq keçib, Fransanın “Anje” Universitetində isə siyasi elmlər üzrə təhsil alıb.

Qeyd edək ki, taxtdan imtina edən 70 yaşlı Anri 2000-ci ildən etibarən Lüksemburqun hersoqu vəzifəsini icra edirdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
4
qafqazinfo.az

5Mənbələr