AZ

Uruqvaylı ilə uzunmüddətli müqavilə imzaladı - Premyer Liqa mənsubu

“Tottenhem” yarımmüdafiəçisi Rodriqo Bentankurla yeni, uzunmüddətli müqavilə imzaladığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bunu London klubu rəsmi kanalları vasitəsilə elan edib.

Uruqvaylı futbolçunun əvvəlki sözləşməsinin müddəti 2026-cı ilin iyununda başa çatacaqdı. Yeni anlaşmanın konkret müddəti açıqlanmasa da, klub bunun uzunmüddətli olduğunu bildirib.

Bentankur komandaya 2022-ci ildə “Yuventus”dan, 19 milyon avro qarşılığında transfer olunmuşdu. O, cari mövsümdə “Tottenhem”in heyətində bütün turnirlərdə 9 oyunda iştirak edib.

“Tottenhem” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 11 xalla 4-cü pillədə qərarlaşıb.

Seçilən
2
sportinfo.az

1Mənbələr