Premyer Liqanın VII turunda daha bir oyun keçirilib.
Sportinfo.az xəbər verir ki, "Neftçi" səfərdə "Zirə" ilə üz-üzə gəlib.
Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Qonaqların heyətində 66-cı dəqiqədə Fredi Varqas, 88-ci dəqiqədə Bassala Sambu fərqlənib. Meydan sahiblərində 27-ci dəqiqədə Giorgi Papunaşvili, 90+8-ci dəqiqədə isə penaltidən fərqlənən Ruan Renato adını tabloya yazdırıb.
Qəsəbə təmsilçisində Ayron Qomis 90+10-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Neftçi" 8 xalla yeddincidir.
"Zirə" - "Neftçi" 2:2