“Oyunun əhəmiyyəti bizim üçün çox böyük idi. Hamı məsuliyyətini dərk edirdi”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Xankəndi”nin futbolçusu Pərviz Qaraxanov II Liqanın IV turunda “Sheki City”ni 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
Yarımmüdafiəçi komandasının qələbəsini şərh edib:
“Çox ağır qarşılaşma oldu. Bir nəfər azlıqda qalsaq da, əzmkar oyunla qələbə qazandıq.
Rəqib çox ciddi komanda idi. Buna baxmataraq, 3 xal qazandı. Çox sevinirik.
Çünki çempionluq yolunda qələbə bizim üçün vacib idi. Bunu gözəl dərk edirdik”.
Qaraxanov növbəti matçlarda da uğurlu çıxışı davam etdirmək istədiklərini bildirib:
“Şükür Allaha ki, əziyyətimiz hədər getmədi. Əzmkarlıq sayəsində 3 xalı götürdük.
Gələcək oyunlarda da əlimizdən gələni edəcəyik. Uğurlu çıxışımızı davam etdirib, çempionluq yolunda irəliləmək istəyirik”.
4 turdan sonra maksimum nəticə göstərən “Xankəndi” II Liqada vahid liderdir.