AZ

Belarus Tacikistana qalib gəldi, 3-cü oldu - MDB Oyunlarında

III MDB Oyunları çərçivəsində Qəbələ şəhər stadionunda keçirilən futbol üzrə yarışlarda daha iki görüş baş tutub.

Sportinfo.az xəbər verir ki, 5-ci yer uğrunda matçda Özbəkistan və Qırğızıstan milliləri üz-üzə gəlib.

Matç Özbəkistanın 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Bürünc medal uğrunda oyunda isə Belarus yığması Tacikistana qalib gəlib – 2:0.

Futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq. Finalda Azərbaycan və Rusiya milliləri münasibətləri aydınlaşdıracaq.

Seçilən
8
1
sportinfo.az

2Mənbələr