AZ

Bloomberg: Çin ABŞ-yə 1 trilyon dollar investisiya təklif edir

BAKI, 4 oktyabr. TELEQRAF

Çin Xalq Respublikası (ÇXR) ABŞ administrasiyası ilə Çin tərəfinin ölkədə həyata keçirdiyi əməliyyatlara qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması üçün danışıqlar aparır.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Pekin ABŞ-yə 1 trilyon dollar həcmində investisiya təklif edib. Həmçinin ABŞ-də fəaliyyət göstərən Çin şirkətlərinin istifadə etdiyi resursların idxalına tətbiq olunan gömrük rüsumlarının azaldılmasını istəyir. Agentlik qeyd edir ki, potensial investisiyaların həcmi hələ ABŞ tərəfindən təkliflərin qəbul edilməsi halında müzakirə olunur.

Seçilən
34
3
teleqraf.com

5Mənbələr