AZ

İranda Qızıl Ayparaya məxsus helikopter qəzaya uğrayıb

Bakı. Trend:

İranın qərbində, Lorestan əyalətində İran Qızıl AyparaCəmiyyətinə məxsus helikopter qəzaya uğrayıb.

Trend-inməlumatına görə, əyalətin Fövqəladə Hallar İdarəsinin rəhbərihadisə nəticəsində ən azı iki nəfərin həlak olduğunu bildirib.

Yaralanan xilasedicilərdən birinin vəziyyəti ağırqiymətləndirilir.

Bundan əvvəl “IRIB” agentliyi qəzanın Lorestan vilayətininOştoran Koh rayonunda baş verdiyini açıqlamışdı. Məlumata əsasən,helikopter 2800 metr yüksəklikdə axtarış əməliyyatı zamanı qəzayauğrayıb.

Qeyd olunur ki, helikopter itkin düşən qadının axtarışınagöndərilib və hadisə zamanı təyyarədə səkkiz nəfər olub.

Seçilən
22
1
az.trend.az

2Mənbələr