AZ

Lifsiz qidalanmanın riskləri nələrdir?

Hazır qidalara üstünlük vermək gündəlik lif qəbulunu azaldır. Bu isə qəbizlik, ürək-damar xəstəlikləri, yüksək xolesterin və hətta xərçəng riskini artırır.

E-saglam.az xəbər verir ki, mütəxəssislər gündə 25–30 qram lif qəbulunun vacibliyini vurğulayır. Hazır qidalar səbəbindən bu miqdar çox zaman 10 qrama qədər düşür ki, bu da sağlamlıq üçün kifayət deyil.

Lif nədir və niyə vacibdir?

Lif bitki mənşəli qidalarda olur və iki növə bölünür:

Suda həll olan liflər – xolesterini azaldır, qan şəkərini tənzimləyir.

Suda həll olmayan liflər – bağırsaq hərəkətliliyini artırır, qəbizliyin qarşısını alır.   Ət və süd məhsullarında lif yoxdur. Ağ çörək və ağ düyü kimi rafinə qidalarda da lif miqdarı çox azdır.

Faydaları:

Qəbizliyin qarşısını alır

LDL (“pis”) xolesterini azaldır

Ürək-damar xəstəlikləri və kolon xərçəngi riskini azaldır

Qan şəkərini sabit saxlayır

Uzun müddət toxluq yaradır, arıqlamaya kömək edir

Lif qəbulunu necə artırmaq olar?

 Tərəvəz və meyvə: Gündə ən az 5 porsiya yeyin. Meyvə suyu əvəzinə meyvənin özünü istehlak edin.

Tam taxıllar: Ağ çörək yerinə tam buğda, yulaf, bulqur seçin.

Paxlalılar: Həftədə 2–3 dəfə lobya, noxud, mərcimək yeyin.

Quruyemişlər: Ara yeməklərdə badam, qoz, tum kimi məhsullara üstünlük verin.

Qeyd edək ki, liflə zəngin qidalarla qidalanmaq həzm sistemini gücləndirir, xəstəliklərdən qoruyur və uzunömürlülüyə dəstək olur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
31
e-saglam.az

1Mənbələr