AZ

Diyanətdə Əli Ərbaş təmizliyi!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə verilən təyinat qərarları Rəsmi Qəzetdə dərc olunub. Qərara əsasən, Diyanət İşləri Başqanlığında keçmiş başqan Əli Ərbaş dövründən qalan 4 başqan müavini və 8 baş idarə müdiri vəzifəsindən azad edilib.

Əvvəlki Diyanət İşləri Başqanı Əli Ərbaşın səlahiyyət müddəti başa çatdıqdan sonra onun yerinə İstanbul vilayət müftisi professor doktor Safi Arpaquş təyin olunmuşdu.

Yeni qərarla Diyanət İşləri Başqanlığında Əli Ərbaş dövründən qalan rəhbər heyət tamamilə dəyişdirilib. Onların yerinə Hüseyn Hazırlar, Hafiz Osman Şahin, Fatih Mehmet Karaca və Hatice Boynukalın Şenkardeşlər başqan müavinləri kimi təyin olunublar.

Bundan başqa, Hüseyn Demirhan, Metin Akbaş, Ensari Yentürk, Hamza Bayram, Nafiz Fethi Yalçınkaya, Sinan Kazancı, Halit Güldemir, Mehmet Arslan və Ertuğrul Coşkun yeni baş idarə müdirləri olaraq vəzifəyə gətirilib.

Seçilən
18
news365.az

1Mənbələr