AZ

Premyer Liqa: “Qarabağ” “Kəpəz”lə, “Sumqayıt” “Turan Tovuz”la üz-üzə

BAKI, 4 oktyabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında VII turun növbəti oyunları keçiriləcək.

Teleqraf xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Azersun Arena"da "Kəpəz"i qəbul edəcək.

“Köhlən atlar” 6 turdan sonra 10 xalla turnir cədvəlinin 5-ci, indiyədək bütün oyunlarını uduzan xalsız Gəncə təmsilçisi isə sonuncu yerdə yer alır.

Günün növbəti matçında "Sumqayıt" Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Turan Tovuz"u qəbul edəcək. Hazırda Tovuz təmsilçisi 12 xalla turnir cədvəlinin 3-cü, "kimyaçılar" isə 11 xalla 4-cü yerdə qərarlaşıb.

Azərbaycan Premyer Liqası, VII tur
4 oktyabr
17:00. “Qarabağ” – “Kəpəz”

Hakimlər: Nicat İsmayıllı, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Əli Əliyev
AVAR: Rəşad Əhmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Azersun Arena”

19:30. “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, turun ilk oyun günündə "Araz-Naxçıvan" "İmişli"ni 2:0 hesabı ilə məğlub edibsə, "Zirə" "Neftçi" ilə 2:2 bərabərə qalıb.Tura sabah yekun vurulacaq.

Seçilən
44
6
teleqraf.com

10Mənbələr