AZ

Netanyahunun ofisindən Tramp və HƏMAS-ın cavabına reaksiya verildi

Fələstinin HƏMAS hərəkatının ABŞ prezidenti Donald Trampın anklavdakı münaqişənin həlli təklifinə verdiyi cavabdan sonra İsrail Qəzza zolağında saxlanılan bütün girovları dərhal qəbul etməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu, İsrailin baş naziri Binyamin Netanyahunun ofisi tərəfindən yayılan bəyanatda əksini tapıb: "HƏMAS-ın cavabından sonra İsrail Trampın bütün girovların dərhal azad edilməsi planının birinci mərhələsini dərhal həyata keçirəcək. Biz prezident Tramp və onun administrasiyası ilə müharibəni İsrail tərəfindən qoyulan və prezident Trampın baxışına uyğun gələn prinsiplərə uyğun olaraq bitirmək üçün tam əməkdaşlıqda işləməyə davam edəcəyik".

Bu, İsrailin HƏMAS və Trampın Qəzzada hərbi əməliyyatların dayandırılması planı ilə bağlı açıqlamalarına ilk rəsmi cavabıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
1
olaylar.az

10Mənbələr