AZ

Türkiyədə zəlzələ oldu

Türkiyənin qərbində Kütahya vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanlar yerli vaxtla səhər saat 6:49-da (Bakı vaxtı ilə 7:49) Simav şəhərindən 19 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometrdən çox dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Seçilən
27
9
unikal.az

10Mənbələr