AZ

Münhen hava limanı bağlandı

News24 portalından alınan məlumata görə, ain.az xəbər verir.

Almaniyanın Münhen şəhərində yerləşən beynəlxalq hava limanı dron təhlükəsi ilə əlaqədar olaraq yenidən fəaliyyətini dayandırıb.

News24.az xəbər verir ki, polis dron müşahidəsinə dair məlumatın araşdırıldığını və təhlükəsizlik məqsədilə bütün uçuşların müvəqqəti dayandırıldığını açıqlayıb.

Hazırda dronların axtarışı davam etdirilir və hava limanının nə vaxt açılacağı hələlik bilinmir.

Münhen hava limanının rəsmi saytında yayılan məlumata əsasən, təhlükəsizlik tədbiri olaraq bütün uçuşlar növbəti xəbərdarlığa qədər məhdudlaşdırılıb. Hazırda 23 reys başqa istiqamətlərə yönləndirilib, Münhenə planlaşdırılan 12 uçuş isə tamamilə ləğv olunub. Hadisə nəticəsində təxminən 6500 sərnişin hava limanında gözləməli olub.

Qeyd edək ki, ötən gecə də Münhen hava limanı oxşar səbəblə – dron müşahidəsi ilə əlaqədar – bir neçə saat bağlı qalmış və 3500 sərnişin çətinliklə üzləşmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
7
news24.az

8Mənbələr