AZ

Bu gün Azərbaycanın 6 qadın boksçusu III MDB Oyunlarının finalında qızıl medal uğrunda döyüşəcək

Bakı. Trend:

Bu gün III MDB Oyunlarının boks yarışlarında qadınlar arasındafinal döyüşləri keçiriləcək.

Trend xəbərverir ki, Yevlax Olimpiya İdman Kompleksində keçiriləcək döyüşlərdəAzərbaycan millisinin 6 təmsilçisi qızıl medal uğrunda rinqəçıxacaq.

Final görüşlərində ölkəmizi Aysel Fərəcova (46 kiloqram), GülərHüseynova (48 kiloqram), Əminə Tağı (50 kiloqram), Cəmilə Muradlı(54 kiloqram), Aynur İsmayılova (60 kiloqram) və Fidan Bakarova (63kiloqram) təmsil edəcəklər.

Qeyd edək ki, daha əvvəl Aylin Nəzərova (46 kiloqram), ZəhraMəmmədova (52 kiloqram), Mirrüqəyya Azərpur (57 kiloqram) və SəmaAbbasova isə (66 kiloqram) yarımfinalda məğlub olduqları üçünbürünc medalla kifayətləniblər.

Seçilən
13
8
az.trend.az

10Mənbələr