AZ

İsrail Qəzza şəhərində əməliyyatları dayandırıb

İsrail hakimiyyəti öz hərbi qüvvələrinə Qəzza şəhərində əməliyyatları dayandırmağı tapşırıb.

Paralel.az  xəbər verir ki, bu barədə İsrail ordusunun "Qaley Tzahal" radiosu məlumat verib.

"Vəziyyətin bir gecədə qiymətləndirilməsi və Amerika nümayəndələri ilə müzakirələrdən sonra siyasi rəhbərlik İsrail ordusuna Qəzzada fəaliyyətini minimuma endirməyi və zolaqda yalnız müdafiə əməliyyatları keçirməyi tapşırıb", - deyə məlumatda qeyd olunub.

Radiostansiya qeyd edib ki, bu cür tədbirlər səmərəli şəkildə şəhərin ələ keçirilməsi əməliyyatının dayandırılması deməkdir.

Seçilən
14
9
paralel.az

10Mənbələr