Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürçayının Sabirabad rayonunun Cavad kəndindən keçən hissəsində 1nəfərin batması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədarNazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə DövlətXidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Qeyd edilib ki, əlavə məlumat veriləcək.