AZ

Azərbaycanda mənzillər bahalaşır - Səbəb

Azərbaycanda

Son 5 ildə (2020-ci ilin iyun ayı ilə müqayisədə) Azərbaycanda ilkin və təkrar bazarda mənzil 46 faiz bahalaşıb.

Reyting.az
-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə sabitliyi hesabatı"nda bildirilir ki, ilkin və təkrar bazar üzrə mənzil qiymətləri artmaqda davam edir.

Sənəddə qeyd olunur ki, 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunsa da, sonrakı illərdə artım meylləri müşahidə edilib.

Bu ilin I yarısında tikinti sektoruna yönəldilmiş investisiyalar müəyyən dövrlərdə dəyişiklik göstərsə də, yaşayış evlərinin tikintisinə ayrılan vəsaitlər və onların əsas kapitala yönəldilmiş investisiyalardakı payı artmaqdadır. Son dövrlərdə bu tendensiya daha da güclənmiş və bazar aktivliyinin yüksəlməsinə səbəb olub. Yaşayış evlərinin tikintisi üzrə sərmayə qoyuluşlarının artması həm yüksək tələblə, həm də dövlət və özəl sektor tərəfindən həyata keçirilən yeni layihələrlə bağlı olub, hesabatda qeyd olunur.

AMB bildirir ki, ümumilikdə, investisiya axınlarının bərpası, ölkədə həyata keçirilən tikinti-quruculuq işləri, o cümlədən Prezident sərəncamı əsasında sənədsiz evlərin sənədləşdirilməsi prosesinin davam etdirilməsi fonunda tikinti sektoru və daşınmaz əmlak bazarında aktivliyin yüksək qalacağı gözlənilir.
Seçilən
7
38
reyting.az

10Mənbələr