AZ

Mətbəxin sevilən ədviyyatı alzheymeri yavaşlada bilər

Alzheymer araşdırmalarında gündəlik həyatımızın tanış bir ədviyyatından – darçından – gələn ümidverici nəticə alimləri həyəcanlandırıb.

E-saglam.az xəbər verir ki, araşdırma: 50–100 yaşlı 149 xəstə 24 həftə ərzində fərqli dozalarla sodyum benzoat qəbul edib. 750 mq və 1000 mq alanlarda amiloid-beta adlı zərərli zülalların səviyyəsi azalıb, yaddaş testlərində irəliləyiş müşahidə olunub.

 Maddə təhlükəsiz sayılıb və ciddi yan təsir göstərməyib.

Darçın güclü antioksidant təsirə malik olsa da, tədqiqatda istifadə olunan sodyum benzoat miqdarı darçında təbii şəkildə olan səviyyədən çoxdur. Buna görə təkcə darçınla eyni nəticəni almaq mümkün deyil.

Alimlər hesab edir ki, ağızdan qəbul edilə bilən və təhlükəsiz sodyum benzoat gələcəkdə alzheymer müalicəsində mühüm rol oynaya bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
29
e-saglam.az

1Mənbələr