AZ

Saakaşvili meydan oxudu: Hökuməti darmadağın edəcəyik

“Gürcüstan hökumətini geri çəkilməyəcə məcbur edəcəyik”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

“İndiyədək cavab gözləyirdik, indi cavab və bütün qərarları biz verəcəyik

İndiyədək xoş niyyətə ümid edirdik, indi möhkəm iradə göstərəcəyik.

İndiyədək gücə qarşı vuruşurduq, amma geri çəkilirdik, indi onları geri çəkilməyə məcbur edəcəyik.

İndiyədək yığışıb dağılışırdıq, indi onları darmadağın etmək üçün yığışırıq”, - sabiq prezident bildirib.

Mixail Saakaşvili bundan öncə Gürcüstanda inqilabın qaçılmaz olduğunu bəyan etmişdi.

Xatırladaq ki, bu gün Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.

Müxalifət hakimiyyəti dinc yolla devirmək məqsədi ilə bu gün kütləvi etiraz aksiyası təşkil etməyi planlaşdırır. Vahid Milli Hərəkat Partiyasının keçmiş rəhbəri Levan Xabeişvili və eyni partiyadan olan Tbilisi Şəhər Şurasının üzvü Zviad Kuprava Bidzina İvanişvili hökumətinin devrilməsinə çağırışlara görə həbs edilib.
Seçilən
14
4
sherg.az

5Mənbələr