Türkiyənin qərbində Kütahya vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.Bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla səhər saat 6:49-da Simav şəhərindən 19 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometrdən çox dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.