AZ

İbizanı sel apardı, bir neçə turist dünyasını dəyişdi

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"İbizanı sel apardı. Gözəl fotolar paylaşırdım, amma sel aparırdı. Bir neçə turist dünyasını dəyişdi. Dövlət uçuşlara qadağa qoydu, maşınlar su altında qalmışdı. Telefonumuza xəbərdarlıq gəlirdi ki, sizi sel apara bilər. Çox stressli idi. Sonra xəstələndim, hərarətim qalxdı. İki ildir o qədər sağlam həyat tərzi sürürəm ki, xəstələnmirəm. Nəhayət dedim ki, Bakıya qayıdıram".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva sosial şəbəkədə yayımladığı videoda deyib. İspaniyanın İbiza adasına gedən Aynişan başına gələnlərdən danışıb. O bildirib ki, güclü yağış nəticəsində adada sel olub:

"Frankfurta uçdum, təyyarədə yanımda olan uşaq o qədər ağlayırdı ki... Düşündüm ki, uşaqlar pis şeyləri hiss edir, qorxdum. Təyyarə 15:10-da enməli idi, amma 15:50-dir təyyarə göydə uçur. Nəhayət təyyarə endi, avtobusda gözləyirik. Frankfurtda hava limanı çox böyükdür.  Necə qaçıramsa... Pasport qeydiyyatda insanlara bileti göstərirdim ki, gecikirəm buraxın. Heç kim buraxmadı, ağlayırdım. Polisə yaxınlaşdım ki, təyyarəm gedir, yardım edin. Başqa növbəni göstərdi ki, orada vəziyyət daha pisdi. Qapıya gedəndə dedilər ki, səhərdən səni gözləyirik. cavab verdim ki, heç kim yol vermədi. Sağ olsunlar, aparıb biletimi dəyişdilər, otellə təmin etdilər. Frankfurtu bir gün gəzdim". 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
axsam.az

1Mənbələr