AZ

Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilir

Bakıda Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilir.

Olaylar.az xəbər verir ki, Beynəlxalq Forum Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin tərəfdaşlığı, Bakı Slavyan Universiteti və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formada reallaşacaq.

Forumun keçirilməsində əsas məqsəd təhsildə yeni çağırışları müzakirə etmək, hər kəs üçün keyfiyyətli təhsil, xarakter və iradə tərbiyəsi, emosional və süni zəkanın balansı məsələlərinə diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə töhfə verməkdir.

"Konstitusiya və Suverenlik İli"nə həsr edilən Beynəlxalq Forum "Daha təhsilli gələcək" devizi ilə reallaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
6
olaylar.az

10Mənbələr