AZ

Evlilik üçün ən uyğun dövrə girən 3 BÜRC

Oktyabr ayı bəzi bürclər üçün təkliyin bitdiyi, sevginin və ciddi münasibətlərin ön plana çıxdığı dövr olacaq. Ulduzların düzülüşü göstərir ki, bu üç bürc həyatının ən mühüm qərarlarından birini - evlilik addımınıatmağa hazırlaşır.

Astroloqların fikrincə, bu bürcləri qarşıda həm romantik təkliflər, həm də ailə qurmaq üçün mükəmməl enerji gözləyir.

BAKU.WS sözügedən 3 bürcü təqdim edir:

Buğa (21 aprel – 20 may)

Səbirli, emosional və sabit xarakteri ilə tanınan Buğalar üçün artıq "bəli" demək zamanı yetişib. Ulduzlar bildirir ki, uzunmüddətli münasibətdə olan Buğalar bu ay nikah qərarı verə bilər. Subay Buğaları isə ciddi tanışlıqlar gözləyir.

Xərçəng (22 iyun – 22 iyul)

Ailə dəyərlərinə önəm verən Xərçənglər üçün sevgi planeti Venera bu ay xüsusi rol oynayacaq. Ulduzlara görə, keçmişdə baş tutmayan münasibətlər indi uğurlu evliliklə nəticələnə bilər. Bu bürc üçün oktyabr ailə həyatı ilə bağlı "təzə başlanğıc" dövrüdür.

Oğlaq (22 dekabr – 19 yanvar)

Oğlaqlar adətən hisslərini gizlədər, lakin bu ay ürəkləri açılacaq. Astroloji proqnozlara əsasən, Oğlaq bürcü altında doğulanlar üçün münasibətlərdə ciddi dönüş baş verəcək. Onları rəsmi nişan, evlilik və ya böyük bir addım gözləyir.

Seçilən
19
1
far.az

2Mənbələr