AZ

İdris İsayev: “Məktəbəqədər təhsilin əhatəsi artırılmalıdır”

BAKI, 4 oktyabr. TELEQRAF

Ölkənin sosial-iqtisadi inkişafının əsas dayaqlarından biri məhz təhsildir. Təhsil rəqabətqabiliyyətli insan kapitalının formalaşmasında mühüm rol oynayır”.

Teleqraf xəbər verir ki, bunu Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumunda elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

Nazir müavininin sözlərinə görə, təhsilin əhatəliliyinin artırılması və təhsil alanların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl addımlar atılır.

“Hazırda UNESCO-nun statistikasına əsasən, ölkədə savadlılıq 100 faizə yaxındır. Lakin əhatəliliklə bağlı müəyyən çağırışlar qalmaqdadır. Xüsusilə məktəbəqədər təhsilin əhatəsi 40 faiz civarındadır və bu göstərici artırılmalıdır. Çünki bu mərhələ təhsilin digər pillələrinə də təsir göstərir”, – İdris İsayev vurğulayıb.

O əlavə edib ki, peşə təhsili sahəsində də problemlər qalır:

“Bununla belə, peşə təhsili müəssisələrində dövlət sifarişi əsasında ayrılan yerlərin sayı ildən-ilə artır. Bu pillə əmək bazarı üçün xüsusi əhəmiyyət daşıyır. Ali təhsildə isə dinamik inkişaf müşahidə olunur”.

Seçilən
36
teleqraf.com

1Mənbələr