Kür çayında bir nəfər batıb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Cavad kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.