AZ

Səhər 1 xörək qaşığı qəbul edənlərin təzyiqi saat kimi işləyir

Mütəxəssislər bildirir ki, sadə bir vərdiş təzyiqin sabit qalmasına kömək edə bilər. Hər səhər müntəzəm olaraq 1 xörək qaşığı zeytun yağı qəbul edənlərin qan təzyiqi tənzimlənir, ürək və damar sağlamlığı qorunur.

E-saglam.az xəbər verir ki, Aralıq dənizi mətbəxinin ayrılmaz hissəsi olan zeytun yağı, tərkibindəki sağlam yağ turşuları və antioksidantlar sayəsində ürək-damar sistemini gücləndirir, damar elastikliyini artırır və qan təzyiqinin sabit qalmasına kömək edir.

Necə qəbul edilməlidir?

Səhərlər ac qarına 1 xörək qaşığı zeytun yağı içmək tövsiyə olunur.

Əgər tək içmək çətindirsə, içinə bir neçə damcı limon suyu əlavə etmək mümkündür.

Bundan başqa, salatlarda və gündəlik yeməklərdə istifadə etmək də faydalıdır.

Bu sadə vərdiş sayəsində təzyiq normallaşır, ürək sağlamlığı qorunur və ümumi həyat keyfiyyəti yüksəlir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
7
e-saglam.az

1Mənbələr