AZ

Oqtay Şirəliyevlə vida mərasimi keçirilir

Bakı, TurkicWorld

Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev ötən gün 75 yaşında dünyasını dəyişib.

TurkicWorld xəbər verir ki, bu gün Təzəpir məscidində O.Şirəliyevlə vida mərasimi keçirilir.

Xatırladaq ki, TƏBİB də sabiq səhiyyə nazirinin vəfatı ilə bağlı məlumat yayıb.

Bildirilib ki, sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə əlaqədar 03.10.2025-ci il tarixində saat 17:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən sabiq nazirin həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub.

O, Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci il oktyabrın 20-də səhiyyə naziri təyin olunub, 2021-ci il aprelin 23-dək bu vəzifədə çalışıb.

O. Şirəliyev 2015-ci il avqustun 12-də səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.

Xəbər yenilənəcək

Seçilən
15
8
turkic.world

10Mənbələr