2025-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrünə nəzərən sığorta sektorunun zərərlilik dərəcəsi 7 f.b artaraq 85% olub.
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın 2025-ci ilin 1-ci yarısı üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Yüksək bazar payına sahib bir neçə sığorta siniflərində zərərlilik dərəcəsinin artması sığorta sektorunun zərərlilik dərəcəsinin artmasına təsir edib.
2025-ci ilin yarımilinə bazar payı 25% olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərər əmsalı 9 f.b artaraq 80%, xərc əmsalı 3 f.b azalaraq 29%, yekun zərərlilik dərəcəsi isə 6 f.b artaraq 109% olub. Bazar payı 26% olan tibbi sığorta üzrə zərər əmsalı 3 f.b artaraq 80%, xərc əmsalı isə 1 f.b azalaraq 24%, yekun zərərlilik dərəcəsi isə 2 f.b artaraq 104% olub. Bazar payı 10% olan avtonəqliyyat vasitələrinin sığortası üzrə zərər əmsalı 2 f.b artaraq 48%, xərc əmsalı 3 f.b artaraq 37%, yekun zərərlilik dərəcəsi isə 5 f.b artaraq 85% olub.