AZ

O, burada başını girələyir, komanda yoxdur!

«Araz-Naxçıvan» iki turluq aradan sonra yenidən 3 xalla tanış oldu.

«İmişli»ni hər hissədə vurduqları bir qolla məğlubiyyətə uğratdılar.

Qələbə qələbədir, amma onun qazanılma forması mübahisəyə kifayət qədər açıqdır.

Almeydanın 90+2-ci dəqiqədə yerinə yetirdiyi penalti zərbəsi qapı tirindən dönməsəydi, «Araz»ın qalibiyyət aclığı ən azı gələn həftəyədək uzanacaqdı.

Buradan, ümumi gedişatdpan çıxarılacaq bəzi dərslər var «Araz-Naxçıvan» rəhbərliyi üçün. Onlar tələsməli, araşdırmaya vaxt ayırmalıdırlar.

Müəyyənləşdirməlidir ki, bu komandanın Elmar Baxşıyevlə perspevtiıvi var, ya yox. Ən önəmli sual budur.

«Araz» kollektiv futbol ənənəsinə hələ yiyələnməyib. Nəticənin əldə olunması iki-üç futbolçunun əhval-ruhiyyəsinə bağlıdır.

Məsələn, Felipe Santos. Əgər braziliyalı vingerin keyfi yerindədirsə, oynayacaqsa, nəsə edəcəksə, komanda qazanacaq. Felipe Santosun oyunu alınmadısa, 1 xal da qazanılmayacaq.

«Araz»ın ehtiyat heyəti meydana çıxsaydı, bu «İmişli»ni fısqırıq çala-çala uda bilərdi. Yəni ki, Elmar Baxşıyevin sərəncamında səviyyəli oyunçu sayı kifayət qədər çoxdur.

Heyhat, sistem hələ də yoxdur. Baxşıyev 2024-cü ilin martından bəri buradadır, təəssüf ki, «Araz»ın öz sistemini yaratmağı bacarmayıb.

O, əvvəlkitək «tutar qatıq, tutmaz ayran» prinsipi ilə burada başını girələyir.

ELXAN

Seçilən
28
sportinfo.az

1Mənbələr