Azərbaycanın doqquz cüdoçusu III MDB Oyunlarında finala vəsiqə qazanıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, Nərmin Ağamirzəzadə (52 kq), Nəzakət Vəliyeva (57 kq) və Röyal Qayıbov (60 kq) da qızıl medal uğrunda görüşə çıxacaqlar.
Daha əvvəl altı cüdoçu finala yüksəlib.
11:22
Azərbaycanın altı cüdoçusu III MDB Oyunlarında finala vəsiqə qazanıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Məhəmmədəli Hüsüyev (55 kq), Sunay Salamova, Zeyd Ələsgərov (60 kq), Gülşən Hüseynova (44 kq), Hüseyn Hüseynov və Fəxri Sahibzadə (hər ikisi 66 kq) bu raundadək irəliləyə bilib.
Qeyd edək ki, bu gün start götürən cüdo yarışları sabah başa çatacaq.
"Cebheinfo.az"