AZ

Xəzər dənizi vasitəsilə Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Xəzər dənizi vasitəsilə Azərbaycana 510 kq narkotik vasitəninkeçirilməsinin qarşısı alınıb.

Bu barədə Trend-ə DövlətSərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər dənizində keçirilmiş tədbirlər nəticəsindəxüsusilə külli miqdarda narkotik vasitənin İrandan Azərbaycanakeçirməyə cəhd göstərən mütəşəkkil cinayətkar qrupun üzvlərisaxlanılıb.

Sentyabr ayının 27-də Sahil Mühafizəsinin sahil nəzarətibölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyətinəticəsində Xəzər dənizində naməlum hədəf aşkar edilib.

Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədininmühafizəsində olan sərhəd gəmiləri tərəfindən təqibetməəməliyyatına başlanılmış, sahil nəzarəti bölmələri sahil xəttininqapadılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirib.

Azərbaycan ərazi sularında və sahilboyu ərazidə həyatakeçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində üzmə vasitəsininsaxlanılması məqsədilə "Dövlət sərhədi haqqında" AzərbaycanRespublikası Qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq atəşiaçılıb, üzmə vasitəsi Xəzər dənizinin Xaçmaz rayonu ərazisindəsahilə yan almağa məcbur edilib.

İlkin dindirmə zamanı saxlanılan şəxslərin İran İslamRespublikası vətəndaşları – 1979-cu il təvəllüdlü Atacani TahirXaləd, 1987-ci il təvəllüdlü Məxtumi Sadiq Ərazqurban və 1989-cu iltəvəllüdlü Qangerme Omid Çalce olması müəyyən edilib.

Sərhəd pozucularının üzərindən aşkar edilmiş "Garmin" markalıGPS qurğusunun yaddaşına baxış keçirilərkən onların İran İslamRespublikası ərazisindən 1074 km məsafə qət edib TürkmənistanRespublikasının ərazi sularından keçməklə AzərbaycanRespublikasının ərazisinə daxil olması müəyyən edilmişdir.

Saxlanılmış "Layner" tipli üzmə vasitəsinin hərəkəttrayektoriyasında və hadisə yerində həyata keçirilmiş axtarıştədbirləri nəticəsində ümumi çəkisi 509 kq 800 qram narkotik vasitəaşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı nəticəsində hadisə yerində "Niva"markalı nəqliyyat vasitəsində 4 nəfər Azərbaycan vətəndaşı şübhəlişəxs qismində saxlanılıb.

Fаkt üzrə Baş Prokurorluqla birgə istintaq-əməliyyаt tədbirləridаvаm еtdirilir.

Məqalədə:
Seçilən
3
48
az.trend.az

10Mənbələr