Xəzər dənizində yük və sərnişindaşımanın genişləndirilməsi məqsədi ilə Bakı Gəmiqayırma Zavodunda layihələr həyata keçirilir.
Axar.az AzTV-yə istinadən xəbər verir ki, təsdiqlənən 14 layihədən 10-nun icrası sürətlə davam edir. 2026-cı ildə Azərbaycanda üç ədəd 45 metrlik, bir ədəd 60 metrlik dalğıc gəmilərinin tikintisinə başlanılacaq. İndiyədək zavodda 170-dən çox gəmir təmiri layihəsi tamamlanıb.
Qeyd olunub ki, "Zərifə Əliyeva" və "Azərbaycan" gəmi-bərələri artıq istifadəyə verilib.
Yükdaşıma və sərnişindaşıma üçün nəzərdə tutulan, üçüncü, 45 metrlik gəmidə boru sistemləri üzrə işlərin 80 faizdən çox, elektrik sistemləri üzrə 70 faizdən çox hissəsi başa çatıb. Nəhəng gəmi 100 sərnişin, 56 sistern tipli vaqon və 50 TIR daşımaq imkanına malikdir.
Həmin gəminin görüntülərini təqdim edirik: