AZ

Bazar dəyəri hazırda 50 milyon avro civarında qiymətləndirilir - “Qarabağ”ın rəqibi maraqlanır

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainunun karyerası İtaliyada davam edə bilər.

Sportinfo.az xəbər verir ki bu barədə “Tuttomercatoweb” məlumat yayıb.

20 yaşlı futbolçuya maraq göstərən əsas klub ötən mövsümün son çempionu – “Napoli”dir. Klub yanvar transfer pəncərəsində onu heyətinə qatmağı planlaşdırır.

İngiltərəli futbolçunun bazar dəyəri hazırda 50 milyon avro civarında qiymətləndirilir. O, 2025/26 mövsümündə “qırmızı şeytanlar”ın heyətində 5 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Seçilən
37
sportinfo.az

1Mənbələr