AZ

Evlərdən təmir-tikinti alətləri oğurlandı

Paytaxtın Xəzər rayonunda yerləşən evlərdən təmir-tikinti alətləri oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 29 yaşlı R.Mirzəcanov və həmyaşıdı B.Cahangirov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla R.Mirzəcanovun bundan əvvəl də ayrı-ayrı şəxslərə məxsus ümumilikdə 4840 manat dəyərində təmir alətləri, monitor, maqnitofon, səsgücləndirici oğurlaması da məlum olub.

Araşdırmalar davam etdirilir.

Seçilən
32
5
unikal.az

6Mənbələr