Uşağın sağlam inkişafını izləməyin ən vacib yollarından biri onun boy və çəki nisbətini — yəni bədən kütlə indeksini (BKİ) düzgün qiymətləndirməkdir. Həkimlər bildirirlər ki, bu göstərici uşağın qidalanması, fiziki aktivliyi və ümumi sağlamlıq vəziyyəti haqqında mühüm məlumat verir.
E-saglam.az xəbər verir ki, BKİ uşaqlarda yaş və cinsə görə hesablanır. Yetkinlərdə olduğu kimi sabit rəqəmlərlə deyil, xüsusi boy-çəki faiz cədvəlləri ilə müəyyən edilir. Bu cədvəllərdə uşağın yaşı, cinsi və ölçüləri nəzərə alınır.
Mütəxəssislərin sözlərinə görə:
Əgər uşağın BKİ-si 5-ci faizdən aşağıdırsa, bu, çəkidə gerilik və ya qidalanma çatışmazlığı göstəricisi ola bilər.
85-95 faiz aralığı artıq çəki riskini göstərir.
95 faizdən yuxarı BKİ isə artıq çəki və piylənmə hesab olunur.
Pediatrlar valideynlərə məsləhət görür ki, uşaqların boy və çəkisini hər 6 aydan bir ölçsünlər və nəticələri həkimlə müqayisə etsinlər. Düzgün qidalanma, balanslı yuxu və gündəlik hərəkət aktivliyi sağlam böyümənin əsas şərtləridir.
İdeal göstəriciləri qorumaq, gələcəkdə piylənmə, ürək-damar və metabolik xəstəliklərin qarşısını almaqda mühüm rol oynayır.
Nəzrin Abbas
E-saglam.az