AZ

“Sprut” serialının ulduzu 76 yaşında vəfat etdi

Məşhur italiyalı aktyor Remo Girone 76 yaşında Monakoda vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Ansa xəbər agentliyi məlumat yayıb.
İtalyan kino ulduzu "Sprut" serialında əvvəlcə komissar Kattani (Mikele Plasido), sonra isə hakim Silvia Konti (Patrisia Millarde) ilə mübarizə aparan mafioz Tano Kariddi rolu ilə şöhrət qazanmışdı.

Ümumilikdə aktyor 50-dən çox filmdə, o cümlədən Ceyms Menqoldun "Ford Ferrariyə qarşı" və Antuan Fuquanın "The Equalizer 3" kimi məşhur Hollivud filmlərində çəkilib.

Seçilən
34
publika.az

1Mənbələr