AZ

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

11-ci Bakı beynəlxalq kitab sərgisində "Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan" çap və digital formatda təqdimatı olub.
     
Türkiyədəki Azərbaycan  Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə  Azərbaycan xalq nağılları, habelə uşaq yazıçısı Solmaz Amanovanın "İlmənin macəraları" adlı kitabları Türk dilinə tərcümə edilərək Ankarada nəşr edilmişdir. 
Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin Türkiyənin Atatürk Mədəniyyət Mərkəzi ilə birgə layihəsi çərçivəsində Türkiyədə mobil telefonlar üçün hazırlanmış "Masal Masal Türkiyə" adlı Türk nağılları proqramına "Türk dünyası, Azərbaycan" bölümü əlavə edilmişdir. 
Sözügedən layihələrin Bakı beynəlxalq kitab sərgisində keçirilən təqdimat mərasimində ilk öncə çıxış edən Azərbaycan  Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan şifahi xalq ədəbiyyatının, folklorunun təbliği məqsədi ilə reallaşdırılan layihələr barədə danışıb. 
Samir Abbasov məşhur "Masal Masal Türkiyə" adlı Türk nağılları proqramına "Türk dünyası, Azərbaycan" bölümünün əlavə edilməsi və bu tanınmış platforma çərçivəsində nağıllarımızın tanıdılmasının əhəmiyyətini vurğulayıb. O, nağıllarımızın mətnlərinin, Azərbaycan və Türkiyə Türkcəsində səsli versiyalarının yerləşdirilməsi və gələcəkdə isə dünyanın aparıcı 5 dilində təqdim olunmasının həm Türkiyədə, həm də dünyada istənilən uşağın kompüter və telefon vasitəsi ilə tanış olmaq imkanı qazanacağını bildirib. 
Türkiyənin Atatürk Mədəniyyət Mərkəzinin direktoru, dr. Zeki Özsöz çıxışında Azərbaycanla mədəni əlaqələrə xüsusi önəm verildiyini qeyd edərək,  Azərbaycan Mədəniyyət Mərkəzi ilə əldə olunan razılığa əsasən həyata keçirilən uşaq nağıllarının rəqəmsal platforma çərçivəsində tanıdılması, layihənin həm Türk uşaqlarına, həm də dünyanın aparıcı dillərinə çevirməklə dünyada tanıdılmasına imkan verəcəyini vurğulayıb. 
O, Atatürk Mədəniyyət Mərkəzində yaradılan xüsusi komissiyanın Azərbaycan tərəfi ilə birgə nağıllarımızın seçildiyini, onların mətn, rəsm, səsli versiyalarının yaradıldığını söyləyərək, 30-a yaxın xalq nağıllarımızın proqrama daxil edildiyini və işin davamı nəticəsində gələcəkdə çox sayda nağıllarımızın proqramda yer alacağını qeyd edib. 
Qeyd edək ki, Azərbaycan xalq nağılları Respublika Uşaq Kitabxanası tərəfindən hazırlanaraq Türkiyə tərəfinə təqdim olunub. 
Tədbirdə uşaq yazarı Solmaz Amanova müəllifi olduğu və Türk dilinə tərcümə olunmuş "İlmenin maceraları" adlı kitabı haqqında da məlumat verib. 
Sonda Kitab sərgisində Türkiyə milli stendində də yeni yaradılmış "Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan" bölümü uşaqlara elektron ekran vasitəsi ilə canlı göstərilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
31
3
olaylar.az

4Mənbələr