AZ

Ən uzunmüddətli maqnit qasırğalarından biri sona çatdı

Təxminən dörd gün davam edən və son dövrlərin ən uzunmüddətli maqnit qasırğalarından biri artıq sona çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının rəhbəri Sergey Boqaçov "RİA Novosti"yə açıqlamasında məlumat verib.
 

Boqaçovun sözlərinə görə, maqnit qasırğalarının başlanğıc və sonunu müəyyənləşdirmək üçün istifadə olunan əsas planetar indeks artıq sabitlik göstəricisi olan yaşıl zonaya enib.


"Yerüstü maqnitometrlərdən əldə olunan göstəricilər və günəş küləyinin parametrlərinə əsasən demək olar ki, bütün həftə davam edən maqnit qasırğası sona çatıb. Hazırda Yerin geomaqnit sahəsində sürətli bir stabilləşmə müşahidə olunur", – deyə alim qeyd edib.

Bizim.Media

Seçilən
39
11
bizim.media

10Mənbələr