AZ

Cabir İmanovun atası: Bütün jurnalistərdən xahiş edirəm bizi narahat etməsinlər

ain.az, Sherg.az saytına istinadən bildirir.

Əməkdar artist Cabir İmamovun atası, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanov oğlunun vəhhabi olması barədə iddialara reaksiya göstərib.

Qorxmaz İmanov Teleqraf-a açıqlamasında bildirib ki, bu məsələ haqqında danışmaq istəmir:

"Mən matəm içindəyəm. Bu suallara cavab vermək istəmirəm. Bütün jurnalistərdən bizi narahat etməməyi xahiş edirəm".

"Planet Parni iz Baku" KVN Teatrının aktyoru, Cabir İmanovun yaxın dostu Ələkbər Əliyevin isə deyilənlərə cavabı belə olub: "Öz işləri ilə məşğul olsunlar. Adam bu mövzuda danışmaq istəmir".

Qeyd edək ki, Cabir İmanov bir neçə gün öncə Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirərək vəfat edib. Onun 49 yaşı var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
12
sherg.az

10Mənbələr