AZ

Cabirin vəhhabi olması ilə bağlı iddialara atasından reaksiya

Əməkdar artist Cabir İmamovun atası, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanov oğlunun vəhhabi olması barədə iddialara reaksiya göstərib.

XəzərNews.az xəbər verir ki, Qorxmaz İmanov Teleqraf-a açıqlamasında bu məsələ haqqında danışmaq istəmədiyini bildirib.

"Mən matəm içindəyəm. Bu suallara cavab vermək istəmirəm. Bütün jurnalistərdən bizi narahat etməməyi xahiş edirəm", - o bildirib.

"Planet Parni iz Baku" KVN Teatrının aktyoru, Cabir İmanovun yaxın dostu Ələkbər Əliyevin isə deyilənlərə cavabı belə olub: "Öz işləri ilə məşğul olsunlar".

Qeyd edək ki, Cabir İmanov bir neçə gün öncə Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirərək vəfat edib.

Xəbər 6 dəfə oxunub.
Seçilən
23
12
xezernews.az

10Mənbələr