Özbəkistan Daxili İşlər Nazirliyi (DİN), Dövlət Təhlükəsizliyi Xidməti və Gömrük Xidmətinin əməkdaşları tərəfindən keçirilən beynəlxalq əməliyyat-axtarış tədbiri nəticəsində ümumilikdə 111 kiloqram narkotik vasitə müsadirə olunub.
Bu barədə Özbəkistanın DİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyat zamanı ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq narkotik qruplaşmanın fəaliyyəti ifşa edilərək 6 nəfər saxlanılıb.
Qeyd olunur ki, Özbəkistan, Əfqanıstandan Rusiyaya və Avropaya tiryək və heroin daşınması üçün istifadə olunan əsas "şimal marşrutu” üzərində yerləşdiyi üçün ölkə ərazisinin beynəlxalq narkotik ticarətində istifadə cəhdləri müntəzəm baş verir.