AZ

Atası Cabir İmanovla bağlı iddialara cavab verdi

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Əməkdar artist Cabir İmanovun atası, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanov oğlunun vəhhabi olması barədə iddialara reaksiya göstərib.

Globalinfo.az-ın xəbərinə görə, Qorxmaz İmanov Teleqraf-a açıqlamasında bildirib ki, bu məsələ haqqında danışmaq istəmir:

“Mən matəm içindəyəm. Bu suallara cavab vermək istəmirəm. Bütün jurnalistərdən bizi narahat etməməyi xahiş edirəm”.

“Planet Parni iz Baku” KVN Teatrının aktyoru, Cabir İmanovun yaxın dostu Ələkbər Əliyevin isə deyilənlərə cavabı belə olub: “Öz işləri ilə məşğul olsunlar. Adam bu mövzuda danışmaq istəmir”.

Qeyd edək ki, Cabir İmanov bir neçə gün öncə Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirərək vəfat edib. Onun 49 yaşı var.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
12
globalinfo.az

10Mənbələr